Fit-out
Land of Fire - olaraq biz yalnız binaların karkasını və əsas konstruksiyalarını inşa etməklə kifayətlənmirik – həm də onları tam funksional, estetik və istifadəyə hazır vəziyyətə gətiririk. Fit-out işləri, interyerin bütün incəliklərinə qədər layihələndirilməsi, hazırlanması və həyata keçirilməsi prosesini əhatə edir. Müştərinin istək və tələblərinə uyğun olaraq, boş məkanı mebel lə təchz etməklə müasir, rahat və zərif dizayna malik bir iş və ya yaşayış mühitinə çeviririk. Bu prosesə tavan və döşəmə işləmələri, arakəsmə sistemləri, elektrik və işıqlandırma xətləri, havalandırma və kondisioner sistemləri, santexnika işləri, rəngləmə və dekorativ örtüklər daxildir. Hər bir layihədə həm funksionallığı, həm də estetikliyi ön planda saxlayır, istifadə olunan materialların keyfiyyətinə xüsusi diqqət yetiririk. Peşəkar memar, dizayner və ustalardan ibarət komandamız, layihənin hər mərhələsini beynəlxalq standartlara uyğun şəkildə icra edir. Layihə müddətində müştəri ilə daimi əlaqə saxlayır, hər detalda şəaflığı təmin edirik. Land of Fire-nın Fit-out xidmətləri ofis binaları, ticarət obyektləri, restoranlar, otellər, yaşayış mənzilləri və digər məkanlarda tətbiq olunur. Yaradıcı yanaşma, texniki dəqiqlik və keyfiyyətli icra bizim əsas prioritetlərimizdir. Siz yalnız ideyanızı söyləyin, biz isə onu gerçəyə çevirək – vaxtında, dəqiq və yüksək keyfiyyətlə. Land of Fire ilə məkanınız həm funksional, həm də ilham verici olacaq.